Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı


15.11.2022  16:55 

Tehran Səudiyyə və İsraillə gizli təmaslarını davam etdirir





A+  A-

"İranla müzakirələrdə ciddi uğurumuz var - Səudiyyə xarici işlər naziri". İranın aparıcı KİV-lərinin bir il əvvəlki başlıqları beləydi. Tehran və Ər-Riyada arasında İraq və Küveyt vasitəçiliyi ilə danışıqlar aparılır, bütün ixtilaflarına aradan qaldırılacağı anons olunurdu.

Bir az əvvəl isə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bağirinin Pakistana səfəri baş tutmuş, bütün təfərrüatı açıqlanmayan danışıqlar aparılmışdı. O zaman İran KİV-ləri, ekspertləri, bəzən rəsmi şəxsləri də bizə təhdid qarışıq xəbərdarlqı edirdilər - Azərbaycanı təkləyirik.

Amma planlar alınmadı. Bu il oktyabr ayında Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysal bin Fərhan Al Səudun və İsrail müdafiə naziri Beni Qanzın Bakıda keçirdikləri görüşlər İranda xüsusi narahatlıqla qarşılandı, o görüşlərdən Azərbaycan əleyhinə yeni kampaniyaya start verildi.

Nəhayət, Azərbaycan Respublikası İrandakı iğtişaşların qızışdırılması məqsədilə Səudiyyə ilə birgə hərəkət etməkdə suçlandı.

Yeri gəlmişkən, Tehran indi də İraq vasitəsilə Səudiyyə ilə yarımgizli, Livanın "Hizbullah"ı vasitəsilə isə İsraillə tam gizli təmaslarını davam etdirir.

Cəmaləddin Quliyev

Xəbər 2674 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +