Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub
8 min müəllim işdən çıxarıldı
“Aeroflot“ Tehrana bütün reyslərini ləğv edib
Liderlərin Əbu-Dabi görüşünə kimlər qatılıb?
Quyudan su götürmək istəyərkən öldü
Neftin qiyməti 76 dolları keçdi
İlham Əliyevlə Paşinyanın görüşü başladı
Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib


26.09.2022  16:41 

Ukrayna azərbaycanlıları Dniproda toplandı - FOTO





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) növbəti iclası Dnipro şəhərində keçirilib.

XəzərNews.az xəbər verir ki, Dnipro Azərbaycanlıları Liqasının (LAD) mərkəzi ofisində təşkil olunmuş tədbirdə giriş sözü söyləyən LAD rəhbəri Sərxoş İsmayılov Dnepr vilayətindəki Azərbaycan diasporunun cari vəzifələri və vəziyyəti barədə ətraflı danışıb. Digər natiqlər də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsilə bağlı Azərbaycan diasporunun fəaliyyətini artırması, o cümlədən Ukrayna ordusuna, mülki əhaliyə göstərilən yardımlar barədə məlumat veriblər.



Daha sonra çıxış edən UABD sədri Hikmət Cavad qeyd edib ki, təşkilatın vilayət bölmələri qəbul edilən iş planlarına əsasən fəaliyyət göstərirlər: “Ukrayna üçün bu çətin dövrdə Azərbaycan diasporu yüksək intizam göstərərək vətəndaşlıq borcuna sədaqət nümunəsi ortaya qoyub”.

UABD-nin Dnipro üzrə nümayəndəsi Eldar Tağıyev cari ildə gördükləri təbliğat işlərindən danışıb.Təşkilatın Kriviy Riq şəhəri üzrə nümayəndəsi Kəmaləddin Ağayev də həmin şəhərdə yaşayan azərbaycanlıların vəziyyətinə dair məruzə edib.



Daha sonra diaspor fəalları Dnipro şəhərində Azərbaycan məktəbinin yeni tədris ilinin açılışında iştirak ediblər. Belə ki, Ukraynada müharibə vəziyyətinə baxmayaraq həmin təhsil ocağı yenidən qapılarını uşaqların üzünə açıb. 20 ildir ki, fəaliyyət göstərən məktəbdə azərbaycanlı övladlarına ana dili, vətənin tarixi və mədəniyyəti fənnləri tədris edilir.

Xatırladaq ki, ötən həftə UABD-nin toplantıları Lviv və Kiyev şəhərlərində keçirilib.
Diaspor sədri Hikmət Cavadın dəvətilə Ukrayna Ali Radasının deputatları da paytaxtdakı toplantıda iştirak edərək müzakirəkərə qoşulublar.

Xəbər 2566 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +