Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO
Moskva dəstəkləyir... - Peskovdan Əbu-Dabi görüşünə reaksiya
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü
Bakıda iranlı narkotacirlər saxlanıldı
Bəylər Əyyubov yenə prezidentin yanında - Foto
Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar
Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir


27.08.2022  09:49 

“Mehdiyevçiliyi“ və Mehdiyevi bitirdi“





A+  A-

"Ölkənin Birinci xanımının builki doğum gününə ən böyük hədiyyə Laçın oldu. Həm də təkcə ona deyil, bütün Azərbaycana, 50 milyonluq Azərbaycan türklərinin ömrünə qızıl hərflərlə yazılan bir gündür, 26 avqust! Ordumuzun Laçın şəhərinə, Sus və Zabux kəndlərinə daxil olduğu gün!"

XəzərNews.az xəbər verir ki, bunu "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu bildirib.

O, Birinci xanımın doğum günü ilə bağlı özünün
"Facebook" hesabında bunları yazıb:

"Son iki ildə möcüzələr yaşayan, 30 illik məğlubiyyət zolağından Zəfərlə çıxan Azərbaycanımızın uğurlarında onun da böyük payı var!

2019-cu ildən start götürən ``Mehriban islahatlar``ın həmmüəllifi, yeni islahat komandasının qurucularından biri, ölkəsini Vətən Müharibəsinə hazırlayan strateq Rəhbərin istinad və güvən ünvanı...

Bu barədə ötənilki təbrikimdə də yazmışdım: İllərlə bizim mübarizə apardığımız neqativlərlə və neqativ məmurlarla o da mübarizədəydi...

"Mehdiyevçiliyi" və Mehdiyevi bitirdi, tarixin arxivinə yolladı...

Müharibə dövründə və ondan sonra sərgilədiyi davranışlar, fəaliyyəti, duruşu qürurvericidir.

O həm də Prezidentin ən uğurlu kadr təyinatlarından biri sayılır.

Onun dövlət rəhbərliyinə gəlişi ilə ölkə boyunca dəyişikliklər, inqilab xarakterli kadr islahatları daha da radikallaşdı, sürətləndi.

İqtidara yeni nəfəs və dinamik komanda gətirdi...

Ölkə üçün çox kritik üç ildə, özəlliklə də son 2 ildə Birinci vitse - prezidentin gördüyü işlər, ölkəsinə, Ali Baş Komandana verdiyi faydalar ölçüyəgəlməzdir.
Proses davam edir.

"Mehriban islahatlar" yekunlaşmayıb və görüləsi çox işlər var.

O bizə, ölkəsinə və dövlətə, Ali Baş Komandana hələ çox lazımdır.

Ömrü və uğurları bol olsun!"


Xəbər 3035 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi


BÜTÜN XƏBƏRLƏR +