Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


24.06.2022  17:02 

DTX əməliyyat keçirdi - Saxlanılanlar var





A+  A-

Xarici ölkə vətəndaşlarının Azərbaycanın dövlət sərhədindən qanunsuz olaraq ölkə ərazisinə keçirilmələri barədə daxil olmuş məlumatlarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Dövlət Sərhəd Xidməti (DSX) ilə birgə araşdırmalar aparılıb.

XəzərNews.az DTX-nin saytına istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları - 1991-ci il təvəllüdlü Ağayev Rasif Nufiəli oğlu və 1970-ci il təvəllüdlü İsayev Ənvər Abasxan oğlunun İranda yaşayan müəyyən şəxslərlə qabaqcadan sövdələşərək həmin ölkədən xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar gizli keçirilməsini təşkil etmələrinə əsaslı şübhələr yaranıb.

Müəyyənləşdirilib ki, Rasif Ağayev və Ənvər İsayev İran vətəndaşları ilə əlbir olub maddi maraq müqabilində adıçəkilən ölkənin ərazisində olan xarici ölkə vətəndaşlarının qeyri-leqal yolla Azərbaycana keçmələrinin təşkil edilməsi barədə razılaşmış və bu məqsədlə Rasif Ağayev gecəgörmə cihazı və digər texniki avadanlıqlardan istifadə etməklə Yardımlı rayonunun Arvana kəndindən dövlət sərhədini pozaraq İrana keçmiş, orada olan əcnəbiləri dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar gizli, qanunsuz Azərbaycan ərazisinə keçirmiş, onları qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq əvvəlcə Ənvər İsayevin Yardımlı rayonunun Arvana kəndində yerləşən evinə, oradan isə Bakı şəhərində özünə məxsus evə gətirmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı hər iki şəxs, o cümlədən xarici ölkə vətəndaşları saxlanılıblar.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rasif Ağayev və Ənvər İsayev Azərbaycan Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə məsuliyyətə cəlb olunublar.

Hazırda cinayət işi üzrə istintaq davam edir.



Xəbər 3047 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +