Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


14.06.2022  12:34 

Etibar Məmmədov Surət Hüseynova siyasi dəstək verib... - Cavab





A+  A-

4 iyun Gəncə qiyamından 29 il keçib. Amma hələ də həmin dövrdə Surət Hüseynovun törətdiyi hərbi çevrilişlə bağlı müxtəlif iddialar səslənir. 4 iyul hadisələrini iştirakçısı və şahidlərindən olan AMİP lideri Etibar Məmmədov da Gəncə qiyamı ilə bağlı müxtəlif fikirlər səsləndirib və bütün məsuliyyəti AXC hakimiyyətinin, konkret olaraq sabir prezident Əbülfəz Elçibəyin üzərinə qoyub.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya danışan Elçibəy İnstitutunun sədri, sabiq prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov deyib ki, iyul hadisələrində bu və ya digər şəkildə iştirak etmiş və üzərində məsuliyyət olan adamların bu şəkildə açıqlamalarını təəccüblə qarşılamır:

“AXC hakimiyyətinin də özünün bu məsələdə səhvi var, çünki o hakimiyyətin olduğu dövrdə Gəncədə qiyam oldu və bu prosesin arxasında olan qüvvələr də bəllidir.

Gəncə qiyamının təşkilatçısı Rusiya, dəstəkçisi isə İrandır. Bu gün biz 44 günlük savaşdan sonra bölgədə gedən proseslərə baxdıqda, Cənubi Qafqazda, xüsusilə də Azərbaycan-Ermənistan arasında gedən normallaşma prosesində Rusiyanın mövqeyi ilə 1993-cü ilə güzgü tutmaq mümkündür.

Etibar Məmmədovun bu hadisələrdən əvvəl Dövlət Müdafiə Komitəsində müzakirə olunan məsələlərə istinad etməsi və məsuliyyəti AXC hakimiyyəti üzərinə atmaq cəhdləri yanlışdır.

Məsələ ondadır ki, AXC hakimiyyəti o dövr baş verən hadisələrə cavabdehdir və bundan da heç kim qaçmır. Bununla bağlı mərhum Əbülfəz Elçibəyin də, hakimiyyətdə təmsil olunan digər şəxslərin də xeyli açıqlamaları var.

Əbülfəz Elçibəyin bu məsələlərə həsr olunan “Müstəqillik, ikinci cəhd” adlı bir böyük yazısı var. Orada da bu məsələnin başlama səbəbləri və nəticələri ilə bağlı mövqeyi var. Eyni zamanda, Əbülfəz Elçibəy 1999-cu ildə ANS-də bu məsələyə münasibət bildirib”.

O.Qasımov əlavə edib ki, Etibar Məmmədov sanki Surət Hüseynovu məsuliyyətdən azad etməyə çalışır, ona görə də daha çox AXC hakimiyyətini ittiham edir:

“4 iyun hadisələrinə bu gün diqqət azalıb. Bunu səbəblərindən biri 4 iyun qiyamından sonra işğal olunan torpaqların əhəmiyyətli hissəsinin azad olunmasıdır. Bu da müəyyən qədər 4 iyun hadisələrini kölgədə buraxır. 4 iyun hadisələri bu gün bizim obyektiv tariximiz üçün lazımdır.

Eyni zamanda, bu hadisələrə obyektiv hüquqi qiymətin verilməsi vacibdir. Etibar Məmmədovun açıqlaması onu göstərir ki, 4 iyun hadisələrində iştirakını kənara qoymağa çalışır. Onlar hesab edir ki, Surət Hüseynovun törətdiyi hərbi qiyam öz hüquqi qiymətini alarsa, ona siyasi dəstək vermiş AMİP və onun lideri Etibar Məmmədovun da siyasi məsuliyyəti var. Bu məsuliyyətdən isə heç kim yayına bilməz. Sadəcə bizim istədiyimiz bu hadisələrə obyektiv qiymət verilməsidir ki, gələcəkdə bu cür kənardan idarə olunan hərbi çevrilişlərə imkan olmasın”.

Xəbər 3313 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +