Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


18.05.2022  16:57 

“Verilişlərdə tərbiyəsizlik baş verir, mənəviyyatsızlıq edirlər”





A+  A-

Son vaxtlar uşaqlar arasında xoşagəlməz halların artması məktəblərə münasibətdə mənfi fikirlərin formalaşmasına səbəb olur. Bəzi tanınmışlar hesab edirlər ki, şagirdlər arasında mənfi halların artması ilk növbədə məktəbdə təlim-tərbiyə işinin düzgün qurulmaması ilə bağlıdır.

Hazırda sosial şəbəkələrdə bir sual ətrafında qızğın mübahisə gedir:

Uşaqları kim tərbiyə etməlidir, müəllim yoxsa valideyn? Ümumiyyətlə, biz layiqli vətəndaşı necə yetişdirməliyik?

XəzərNews.az xəbər verir ki, Əməkdar jurnalist Elçin Şıxlı Yenisabah.az-a açıqlamasında deyib ki, uşaqları valideyn tərbiyə etməlidir:

“Məktəb isə onu bilikləndirməlidir. Və bir az da tərbiyəsini düzəltməlidir. Lakin əsas məsələ evdən gəlir. Çünki uşaq üçün ən güclü və ideal insan onun valideynləridir. İlk növbədə də atasıdır. Bir şey olanda uşaq düşünür ki, “atam buradadır, kömək edər”. Və ya elə valideyn olar ki, olmasa, ondan daha yaxşıdır. Bu da öz təsirini göstərir.

Uşaqlar həmişə öz valideynlərini davam etdirir. Onların davamıdır. Təqlid etmir. Qandan irəli gəlir. Sanki təkrarlayır. Valideyn necədirsə, uşaq da onun kimi olur. Amma bu o demək deyil ki, valideyn pisdirsə, uşaq da pis olmalıdır. Burada məktəbin də təsiri olur. Məktəb bilikləndirməlidir. Bilikli olmaq da düşünməyə kömək edir, öyrədir. Bir var nəyinsə cavabını deyirsən, bir də var ki, izah edirsən ki, bu niyə belədir. Uşaq düşünməyə başlayır. Bununla düşünməyə vadar etmiş olursan”.


E.Şıxlının sözlərinə görə, sosial şəbəkələr, kompüter oyunları uşağın beynində zorakıllıq ideyalarını formalaşdırır:

“Ətraf mühitin, cəmiyyətdə uşağın gördüklərinin və Kütləvi İnformasiya vasitələrinin də rolu var. Uşaqlar bu gün sosial şəbəkələrdə nəzarətsiz şəkildə nə istəyir ona da baxırlar. Əvvəllər bizə nağıllar oxuyurdular. Nağıllarda şər həmişə məğlub olurdu. İndi isə uşaqların kompüterin oyunlarına baxanda şiddəti görə bilərik. Bu, uşağın beynində zorakılıq ideyalarını əmələ gətirir.

Bu, tək məktəbin günahı deyil. Tərbiyə valideynlərin üzərindədir. Əsas tərbiyə ailədən irəli gəlir. Hər şeyi məktəbin üzərinə ata bilmərik”.


E.Şıxlı qeyd edib ki, layiqli vətəndaş yetişdirmək üçün ilk növbədə valideyn vətəndaş olmalıdır:

“Bu gün verilişlərdə tərbiyəsizlik baş verir, mənəviyyatsızlıq edirlər. O verilişə baxan uşaq nə olacaq?! Düzdür, məktəbdə zəiflik, tədrisdə boşluqlar var. Bu heç də o demək deyil ki, tərbiyə ilə məktəb məşğul olmalıdır. Layiqli vətəndaş yetişdirmək üçün ilk növbədə valideyn vətəndaş olmalıdır. Özü olmasa, yetişdirdiyi də özü kimi olacaq”.



Xəbər 9562 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +