Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


06.05.2022  12:45 

Polis sevgilisini nə üçün öldürüb?





A+  A-

Aprelin 22-də Nərimanov rayonunda polis mayorunun əvvəlcə sevgi münasibətində olduğu qadını, daha sonra özünü güllələyərək öldürməsi ilə bağlı bəzi detallar məlum olub.

XəzərNews.az xəbər verir ki, ilkin məlumata görə, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru T. Aslanov Günay Cabbarovanı ondan ayrılmaq istəməsinə görə öldürüb.

Aparılmış ilkin araşdırmalar zamanı məlum olub ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin əməkdaşı olan və həkim-uroloq kimi çalışan G.Cabbarova ilə Tural Aslanov arasında bir neçə il əvvəl münasibət yaranıb. Daha sonra cütlük arasında problemlər başlayıb. Buna səbəb isə Günayın Turaldan ayrılmaq istəməsi olub. Tural Aslanov bununla razılaşmayıb və onların arasında mübahisə böyüyüb.

Araşdırmalarla müəyyən edilib ki, hadisədən əvvəl T.Aslanov Xəzər Rayon Polis İdarəsində növbətçi qrupda olub və aprelin 21-dən 22-nə keçən gecə Günayla əlaqə saxlayıb. Səhər saatlarında isə polis zabiti silahını götürərək idarəni özbaşına tərk edib və birbaşa Mərdəkan qəsəbəsindən Nərimanov rayonu Qarabağ küçəsinə - Günay Cabbarovanın yaşadığı mənzilə gedib. O, burada Günaya 3, daha sonra isə özünə 1 dəfə atəş açıb və hər ikisi hadisə yerində vəfat ediblər.

Qeyd edək ki, bu kimi hadisələrdə cinayəti törədən və cinayət törədilməsinə zəmin yaradan şəxslər həyatda olmadığına görə, sonrakı mərhələdə faktla bağlı açılmış cinayət işləri üzrə cinayət təqibi dayandırılır və işə xitam verilir.

Xatırladaq ki, qətlə yetirilən G.Cabbarova 2 uşaq anası olub.

Xəbər 8680 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +