Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?


14.03.2022  14:48 

Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadə həbs oluna bilər





A+  A-

Fevralın 28-də vəzifəsindən azad edilən Göyçayın icra başçısı Mehdi Səlimzadə həbs oluna bilər.

XəzərNews.az xəbər verir ki, Bakupost.az -a daxil olan məlumata görə, Göyçay İcra Hakimiyyətində aparılan yoxlamalar zamanı üzə çıxan qanun pozuntuları Mehdi Səlimzadənin azadlıqdan məhrum edilməsi üçün kifayət qədər əsaslar yaradır.

Onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və başqa qanunsuz əməllərinin ifşa olunduğu bildirilir.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar, ayrı-ayrı vəzifəli şəxslərin dindirilməsi, sonra Mehdi Səlimzadənin də istintaq cəlb edilməsi faktı da bunu göstərir.

Məlumat üçü bildirək ki, Mehdi Səlimzadə uzun illər müxtəlif vəzifələrdə çalışıb.

O, iri məmurlarla qohumluq əlaqəsi olan, bununla da “toxunulmazlıq statusu” qazanan şəxslərdən hesab olunub.

Lakin son illər Prezident İlham Əliyevin kadr islahatları, “təmizləmə əməliyyatı” “toxunulmaz şəxs” anlayışını tarixin arxivinə göndərib.

Ən “köklü-budaqlı” məmurları belə vəzifədən azad etmək, onları törətdikləri əmələ görə cavab verməyə məhkum etmək, korrupsiya ilə məşğul olan məmurları ən sərt şəkildə cəzalandırmaq faktlarına tez-tez rast gəlirik.

İlham Əliyev çıxışlarında qanunları pozan şəxslərin heç bir güzəşt edilmədən cəzalandırılacağını dəfələrlə bəyan edib. Hətta belə şəxslərin əvvəlki xidmətlərinin də nəzərə alınmayacağını bildirib.

Güman ki, M.Səlimzadəni də xidmətləri və iri məmurlara bağlılığı xilas etməyəcək.

Mehdi Səlimzadə 1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert, 2000-2003-cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004-cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan təşkilat qrupunun rəhbəri və komitənin ilk sədri, 2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2022-ci il fevralın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilib.

Xəbər 4005 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +