Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


09.03.2022  15:31 

Evdə tiryəkxana - Saxlanıldılar...





A+  A-

Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib.

Nəsimi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə, həmçinin 20-ci və 21-ci polis bölmələri əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha beş nəfər saxlanılıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onlardan ümumilikdə 7 kiloqram heroin, metamfetamin və elektron tərəzilər aşkar olunub. Əməliyyatlar zamanı saxlanılan Qadir Nəsibovun üzərindən, eləcə də yaşadığı evdən 5 kiloqram 120 qram heroin, Orxan Hacıbabayev, Tərlan Ələkbərov, Hacıməmməd Məmmədov və Pərviz Kərimovdan isə 2 kiloqram müxtəlif xassəli narkotik vasitələr aşkar olunub.

Araşdırma nəticəsində müəyyən olunub ki, saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əldə ediblər. Onlar xarici ölkələrdə yaşayan narkotacirlərlə tanış olaraq həmin şəxslərin narkokuryerlik təklifi ilə razılaşıblar. Saxlanılan şəxslər külli miqdarda maddi qazanc müqabilində həmin narkotacirlərin yalan vədlərinə aldanaraq narkotik vasitələrin satışını həyata keçiriblər.

Qadir Nəsibovun evində narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil etdiyi müəyyən olunub. O, narkotik vasitələri satdığı şəxslərə heroin və metamfetamin qəbul etmək üçün şərait yaradıb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Xəbər 3218 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +