PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


30.12.2021  20:07 

Erməni generaldan sensasiyalı açıqlama





A+  A-

Erməni mediası bu ilin mart ayında ölən general-mayor Arkadi Ter-Tadevosyan 2016-cı ilin aprel müharibəsilə bağlı səsləndirdiyi fikirləri indi tirajlayıb.

Erməni mediası Tadevosyanın Azərbaycan Ordusunun hələ 2016-cı ilin aprelində Qarabağı tam nəzarətə götürə biləcəyi haqda sözlərini xatırladıb.

"Azərbaycan Silahlı Qüvvələri elə o vaxt Qarabağa nəzarəti götürə bilərdi. Lakin erməni komandirlər əldə etdiyi kəşfiyyat məlumatları ilə bunun qarşısını ala bildilər. Bizdə dəqiq kəşfiyyat məlumatları (döyüş rütbələri və imkanları, potensial hədəflərin yerləşdiyi yerlər, Azərbaycan Ordusunun əsas obyektləri, düşmənin zəif yerləri haqda informasiyalar) var idi. Sonra Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterini vurmağa nail olduq. Bu zaman uçuş xəritələri, pilotlardan birinin şəxsi bloknotu, ACR500-A 30-420 MHz VHF radiostansiyası, optoelektronik sistem modulu əlimizə keçdi. Ələ keçirilimiş məlumatların (uçuş sənədləri) təhlilinə əsasən, məlum oldu ki, 2016-cı ildə Mi-24G helikopteri Kəlbəcər hava limanında eniş edib. Biz onu da öyrəndik ki, ekipaj 3-10 kilometr dərinlikdə Ermənistan Silahlı Qüvvələrinin əsas hədəflərini vurmaq imkanına sahib olub", - deyə Arkadi Ter-Tadevosyan bildirib.

Bu fakt Azərbaycan Ordusunun 4 günlük savaşda Kəlbəcərə qədər irəlilədiyinin etirafıdır.

Əlbəttə, Şuşanın işğalında və mülki azərbaycanlıların qətlində xüsusi fərqlənən Tedovasyanın "qarşısını aldıq" deyə səsləndirdiyi iddia manipulyasiya xarakteri daşıyıb. Ancaq kəşfiyyatın və yaxud hərbi ekspertlərin Azərbaycan Ordusunun qısa müddətdə Qarabağı nəzarət altına ala biləcəyi haqda məlumat aldıqlarını deməsi məntiqlidir. Görünür ki, məhz bu məlumat və cəmi 4 gün müddətində erməni ordusunun ön hissələrinin darmadağın edilməsi Sərkisyanı Rusiyaya yalvarmağa və öhdəlik götürməyə vadar etmişdi.

Qeyd edək ki, Aprel savaşında, cəmi 4 gün ərzində Ordumuzun işğal altında olan 4 rayona girməyi bacardığı, ildırımsürətli hücum gerçəkləşdirdiyi haqda da elə erməni mediası məlumat yaymışdı. Məhz buna görə o vaxt Ermənistan Prezidenti olan Serj Sərkisyan Rusiyaya yalvararaq, Kremlin müdaxiləsinə nail olmuş və öhdəlik götürmüşdü. Öhdəliyə əsasən, Ermənistan ordusu işğal etdiyi bütün rayonlardan çıxmalı, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmaqla statusu ilə gələcək danışıqlarda müəyyən edilməli idi. Lakin Sərkisyan vədindən qaçaraq, hakimiyyəti Paşinyana ötürməklə "kapitulyant" məsuliyyətini varisinin üzərinə yıxdı.

Xatırladaq ki, Tadevosyan Şuşanı Azərbaycan Ordusunun misilsiz əməliyyatla azad etməsini gördü, həyatını həsr etdiyi qırğınların acı nəticələrini yaşadı və bu il 31 martda bu hisslərlə də öldü.../Axar.az

Xəbər 3513 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +