Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


17.12.2021  15:08 

Yazıçını alverçiyə çevirən toplum...





A+  A-

Kitab satan yazıçının bir günü.

Ölkədə milli burjuaziya yox dərəcəsindədir. Oliqarxlar kitabdan cin bismillahdan qorxduğu kimi qorxur. Kitabın reklamından söhbət gedə bilməz, sosial şəbəkələrdə kitab paylaşımları ilə iş bitməz. Kitabın əhəmiyyəti, insan həyatında vacib rolu haqda günlərlə, aylarla efirlərdə danışmaq lazımdır. Reytinq xatirinə efiri manıs tayfasıyla işğal etmək, gənc nəslin zövqünə təcavüz etmək cinayətdir. Olmaz belə! Efirə düşünən, cəmiyyətə yön verə biləcək aydınları çıxarmaq lazımdır. Kitab kultu formalaşmayınca bizim insanımız bazar təfəkkürü ilə yaşayacaq.

Milli burjuaziya ona görə formalaşmır ki, burjuyların özləri (böyük əksəriyyəti) latın qrafikasında yazıb-oxuya bilmir. Biznesmenlərə kitab verirsən ki, bunu oxu, deyir, mən latın dilində oxuya bilmirəm. Latın dilində! Təsəvvür edin! Latın əlifbası ilə latın dilini ayırd edə bilməyən adamlar gəlib sahibkar olur, biznesmen olur, əllərində böyük pullar dövr edir, onların tabeliyində yüzlərlə insan işləyir.

Mən müəllim tanıyıram ki, evində kitabxanası yoxdur. Mən jurnalist tanıyıram ki, evində kitabxana yoxdur. Mən alim tanıyıram ki, evində kitabxana yoxdur. Çox ciddi məsələdir. Bu günlərdəki Kitab Sərgisindəki sönüklük məni bunları yazmağa vadar etdi. Yazıçı kitablarını satmağa gətirib, məlum olur ki, yer yoxdur. Yaxud yerlər ödənişlidir. Axşamacan məlul-müşkül boş bazarı dolaşıb suyu süzülə-süzülə evinə qayıdır.

Tədbir keçirilir, baxırsan, 10 adam yoxdur. Özümüzü nə vaxta qədər aldadacağıq? Bəs bu sorunları kimlər çözməlidir?! Ədəbiyyatın durumu niyə belə rəzil kökdədir? Qətiyyən boyaları tündləşdirmirəm. Hər şey göz qabağındadır.

Yazıçı piştaxta arxasında dayanıb alver edəsi deyil!!! Bəli, mən hörmətli yazıçımız Orxan Fikrətoğlu ilə yüzəyüz razıyam."Yazıçının öz kitabını piştaxta arxasında satması yazıçı-nəşriyyat münasibətlərinin hüquqi baxımdan tənzimlənməməsinin şəklidir.

Eyni zamanda yazıçı sokrallığının maddiləşməsi və ucuzlaşmasıdır. Bizi meymundan fərqləndirən yeganə amil kitabdır. Kitab müəllifinə “əsərini özün sat” deyən reallıq inanmıram kitab oxuyur".

Yazıçını alverçiyə çevirən toplum kitabı həyatının ayrılmaz tərkib hissəsinə çevirməyincə çıxış yolu olmayacaq. Baxın yaxın qonşularımıza. Rusiyada, Gürcüstanda siz piştaxta arxasında kitabını satan yazıçıya rast gələ bilərsinizmi? Mümkün deyil. Gürcü yazıçıları Avropaya çıxıb, beynəlxaq ədəbiyyat mükafatları alır, ay kişi! Biz nəylə öyünürük? Deyiləsi də deyil e...

Kitablar bahadır, doğrudur. O gün Elmlər Akademiyasının bir əməkdaşı yazmışdı ki, 300 manat maaş alan alim necə Kitab Yarmarkasına gəlib kitab ala bilər? 10 manatdan ucuz kitab tapmaq mümkün deyil. İki kitab alırsan, 30-40 manat gedir. Bu gün insanlara gedin kitab alın, demək olmur. Əvəzində bu cavabı eşidəcəksən: Gecə-gündüz bir parça çörək üçün çarpışırıq, nə kitab?

Bahalaşma və işsizlik amansızcasına insanları tükədir. Kitab bazarında piştaxta arxasında durub alıcı gözləyən kitabsatan yazıçılardan biri o birinə deyir:
-Gedək, adama iki dənə peraşki yeyək.

Acından öldük...

Kənan Hacı

Xəbər 7692 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +