Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


05.11.2021  11:39 

“Azərxalça”ya öz yerini verməklə aya 20 min pul silirdi“ - Keçmiş mətbuat katibi





A+  A-

“Azərxalça” ASC-nin keçmiş mətbuat katibi, tanınmış jurnalist Ləman Ələşrəfqızı Vidadi Muradovla bağlı fikirlərini paylaşıb.

XezerNews.az xəbər verir ki, L.Ələşrəfqızı Vidadi Muradova Allahdan rəhmət diləyib:

“2 ilə yaxın onun rəhbəri olduğu “Azərxalça”da mətbuat katibi oldum. İşləməyə imkan vermədi, əslində ona da imkan vermədilər ki, mənimlə işləsin. Kişilərin ən zəif cəhəti bu adamda özünü çox büruzə verirdi. Amma bu gün bu haqda danışmayacağam. Ölənin haqqında yaxşı cəhəti varsa, ondan danışmağı üstün tuturam. Bu da prinsip etibarilə pis adam sayılmazdı. Yanında işləyən xeyli adamlar vardı ki, bəlkə də 30 ildi onunla işləyirdilər. Deyirdilər ki, çörək verən adamdır. Ətrafındakı quyruq bulayanlar onu bitirdi. Bir də "Azərxalça"”.

Ləman Ələşrəfqızı deyib ki, mərhum Vidadi Muradov şəxsən ona bir neçə dəfə etiraf etmişdi ki, “Azərxalça”ya rəhbərlik etmək onu çox yorub:

“Həqiqətən çox əziyyət çəkdi xalça emalatxanalarının tikintisi zamanı.Təkcə Horadizdə tikilən emalatxanı xatırladım, dövlət pul ayırmışdı, Maliyyə Nazirliyi pulu vermirdi, şapka istəyirdi. Adam and içirdi ki, öz pulumla tikdim ki, açılış olmalı, Prezident gəlməlidir. Onu da deyim ki, Vidadi Muradov milyonlarını “Azərxalça”da qazanmamışdı, bilirsiz. Yəni, onun “Gənclik”dəki evi də, xan sarayını xatırladan iş yeri də o bu işin başına keçəndə var idi. O başqa məsələ ki, “Azərxalça”ya öz şəxsi "iqəmətgahında" yer verməklə aya 20 min pul silirdi. Deyirdi ki, ən zəhləm gedən söz “məmur” sözüdü. Məmur kimi öldü, korrupsioner kimi öldü. Allah günahlarını bağışlasın. Mənə etdiyi pislikləri bağışladım”.

Xəbər 2799 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +