Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


27.10.2021  23:15 

Niyə tez yorulub və yatmaq istəyirik?





A+  A-

Tibbdə bədənin zəifləməsi əzələ itkisi və gücsüzlüyü hesab edilir. Bu vəziyyət hər bir insanda yarana bilər.

Əgər bu hal uzun müddət davam edirsə, istirahət, yuxudan sonra düzəlmirsə, bu problemin kökünü araşdırmaq lazımdır.

Bədən zəifliyinin səbəblərini təqdim edirik:

– İstənilən virus, infeksion xəstəlikdən sonra – xəstəliyin əks təsiri kimi

– Qida zəhərlənməsi, allergen təsiri, hər hansı qidaya dözümsüzlük- qlüten, laktoza keçirməzliyi. Bu zaman bağırsaqlara, toxumalarda iltihab çoxalır, ümumi zəiflik buna reaksiya kimi meydana çıxır.

– Qalxanvari vəzinin müxtəlif xəstəlikləri: hiperterioz, hipotorioz, Haşimoto, hormon pozulmaları

– Lazımli vitamin mineralların kəskin defisiti – dəmir, fol turşusu, D vitamini, B qrup vitamini çatışmadıqda insan halsız olur

– Müxtəlif dietalar, az yemək, çox işləmək

Bədən zəifliyinin əlamətləri:

– Bədən hərarətinin normal 36,6-dan daim aşağı olmasl
– Yaxşı yata bilməmək və ya yuxululuq

– Başda sıxılma, ağrı, başgicəllənmə
– Diqqət yayqınlığı

– Tez yorulma, işləmək istəməmək

– Apatiya, əhvalın dəyişməsi, depressiya

– Əl-ayaqda gücsüzlük

Necə müalicə etməli:

İlk növbədə terapevtə gedib, baza müayinə, analizlərdən keçmək lazımdır. Yalnız həkim ciddi xəstəliklə bədənin ümumi yorğunluğunu ayırd edə bilər.

Daha sonra kardioloji, endokrinoloji müayinə lazımdır

Çünki ürək xəstəliklərində də insan daim yorğun olur və yatmaq istəyir. Orqanizmdə hipoksiya gedir. /medicina.az

Xəbər 2850 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +