Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı


30.08.2021  15:32 

Hindistanda 68 nəfər naməlum xəstəlikdən ölüb





A+  A-

Hindistanın Uttar-Pradeş ştatında naməlum virus səbəbindən ötən həftə 68 nəfər ölüb.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Hindistanın Səhiyyə Nazirliyi yayıb. Bildirilir ki, vəfat edənlərin 40-ı uşaqlar olub və onların 12-si son sutka ərzində dünyasını dəyişib.

Xəstəliyə yoluxmuş şəxslərin əksəriyyətində yüksək temperatur, bədəndə suyun və qanda trombositlərin səviyyəsinin enməsi halları müşahidə edilib. Digərlərində isə denq qızdırmasına bənzəyən yüksək temperatur, güclü baş ağrısı, əzələlərdə ağrı, ürəkbulanma və limfa düyünlərinin artması kimi əlamətlər aşkarlanıb.

Açıqlamada qeyd olunur ki, leysan yağışları səbəbindən nəmişlik səviyyəsinin və temperaturun yüksək olması bu regionları qansoran həşəratlar vasitəsilə çoxalan infeksion xəstəliklərin yayılması üçün ideal məkana çevirir.

Xəbər 3649 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +