Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


15.05.2021  14:07 

Müdafiə naziri yeni hərbi hissələrin açılışında - Video





A+  A-

Müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif bölgələrdə yerləşən yeni inşa edilmiş bir neçə hərbi hissənin açılışında iştirak edib.
XəzərNews.az xəbər verir ki, şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayan nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Müdafiə nazirinə məruzə olunub ki, müasir avadanlıq, mebel və inventarlarla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət bu komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını tam təmin edir. Bu hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib. Sonra Müdafiə naziri şəxsi heyətlə birgə nahar edib.

General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, indiyədək azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib.



Xəbər 3345 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +