Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı


06.04.2021  22:46 

Koçaryana qarşı ittihamlar geri götürüldü





A+  A-

Yerevan məhkəməsi sabiq prezident Robert Koçaryana və bir sıra məmurlara qarşı irəli sürülmüş 300.1-ci maddə üzrə Konstitusiya quruluşunu devirmək ittihamını geri götürüb.
XəzərNews.az “Sputnik Ermənistan”a isitnadən xəbər verir ki, Yerevanın ümumi yurisdiksiyasının hakimi Anna Danibekyan KM-in 300.1-ci maddəni Konstitusiyaya zidd elan etdiyi üçün “1 mart” işi üzrə cinayət işinə xitam verilməsi haqda qərar çıxarıb.

Qərar sabiq baş qərargah rəisi Yuri Xaçaturov və keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı da həbs qətimkan tədbirinin ləğv ediləcəyini nəzərdə tutur, çünki onların hər ikisi yalnız bu maddəyə əsasən ittiham olunurdu.

Koçaryana və keçmiş baş nazir müavini Armen Gevorkyana qarşı isə digər cinayətlərdə ittiham olunduqları üçün cinayət təqibi davam edəcək.

Koçaryan iri məbləğdə rüşvət almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunur.

Xəbər 3543 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +