Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


29.03.2021  16:28 

“Nar”ın dəstəyi ilə keçirilən onlayn şahmat seriyası başa çatdı





A+  A-

“Nar”ın dəstəyi ilə chess.az saytının keçirdiyi “Karabakh is Azerbaijan” onlayn şahmat seriyası başa çatıb. Böyük finala vəsiqə qazanmış ən yaxşı 10 şahmatçı arasında gedən mübarizədə Elnur Mehtiyev birinci yerin qalibi olub. İkinci və üçüncü yerlərin sahibləri isə müvafiq olaraq İsmayıl Qurbanov və Şəhriyar Rəhmanov olub. İlk üç yeri tutmuş şahmatçılar “Nar” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, iki aydır davam edən seriyada Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Hindistandan ümumilikdə 264 şahmatçı iştirak edib. 8 turnirdən və böyük finaldan ibarət seriyada turnirlərin hər biri Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların adını daşıyıb. Seriya lichess.org şahmat platforması üzərindən keçirilib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 3579 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +