Vəkil “Atəşgah” sığortadan narazıdır
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub
8 min müəllim işdən çıxarıldı
“Aeroflot“ Tehrana bütün reyslərini ləğv edib
Liderlərin Əbu-Dabi görüşünə kimlər qatılıb?
Quyudan su götürmək istəyərkən öldü


23.02.2021  14:08 

Yayda qadınların pensiya yaşı daha 6 ay artırılacaq





A+  A-

“Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi 6 ay artırılacaq”.
XəzərNews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov Yeni TV-yə müsahibəsində deyib.

O xatırladıb ki, Azərbaycanda 2017-ci ilin 1 iyul tarixindən yaş həddinin mərhələli şəkildə hər il 6 ay artırılması prosesinə başlanılıb: “Kişilərdə artıq ötən il iyulun 1-də 65 yaş tamamlanıb və proses dayanıb. Qadınlarda isə bu il həmin yaş 62-dir. Hər il 6 ay artırılacaq və 65 yaşa qədər proses davam edəcək”.

Şöbə müdiri bütün dünyada eyni prosesin getdiyini qeyd edib və əlavə edib ki, Azərbaycanda pensiya yaş həddi yüksək deyil: “Hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil. Nazirlik tərəfindən mütəmadi olaraq sosial-iqtisadi inkişaf tərzi baxımından Azərbaycana yaxın ölkələrlə bağlı araşdırmalar və təhlillər aparılır. Bundan başqa, elm və texnikanın, səhiyyənin, təhsilin inkişafı da insanların həyat səviyyəsinin uzanmasına imkan yaradır və ilbəil insanların həyat səviyyəsi artır. Ömür uzunluğunun artması nəticəsində bütün dünya ölkələrində pensiyanın yaş həddi mərhələli şəkildə artırılır”.

Xəbər 3730 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +