Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb


18.01.2021  11:54 

Sülhməramlılar Ağdərə ətrafını minalardan təmizləyir





A+  A-

Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı mütəxəssisləri Ağdərə şəhərinin ətraf ərazilərinin minalardan təmizlənməsinə başlayıblar.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat yerləşdirilib. Bildirilib ki, Ağdərə şəhərinin ətraf ərazilərinin təmizlənməsi zamanı rus sülhməramlıları müasir “Uran-6” robot sistemlərindən və minalanma itlərindən istifadə edirlər ki, bu da əməliyyat zamanı hərbi qulluqçuların təhlükəsizliyini təmin etməyə və ərazini hər cür hava şəraitində yüksək səviyyədə təmizləməyə imkan verir.

23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 551 hektar ərazini, 205,3 km yolları, 783 yaşayış binasını, o cümlədən 25 sosial əhəmiyyətli obyektləri, 23,7 mindən çoxunu partlamamış hərbi sursatlardan və partlayıcı obyektlərdən təmizləyib.

Tapılan partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda çıxarılır və məhv edilir. Evakuasiya edilə bilməyən sursatlar lazımi təhlükəsizlik tədbirləri ilə yerindəcə məhv edilir.

Xəbər 3905 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +