Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?


18.01.2021  10:16 

Qərb Rusiyanı Navalnıya görə sərt qınadı





A+  A-

ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Avropa İttifaqı Şurasının sәdri Çarls Mişel rus müxalif siyasətçi Aleksey Navalnının saxlanılması ilə bağlı rəsmi Moskvanı tənqid edib.
XəzərNews.az xəbər verir ki, Pompeo açıqlamasında Rusiyanı şiddətlə qınadığını qeyd edib: “ABŞ Aleksey Navalnının Rusiyada tutulmasını şiddətlə qınayır. Biz Navalnının dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edirik”.

Həmçinin Pompeo seçki prosesi zamanı Rusiyadakı bütün siyasi partiyalara və namizədlərə yer verilməli olduğunu vurğulayıb.

Mişel isə siyasətçinin həbsinin qəbuledilməz olduğunu bəyan edib: “Rusiya hakimiyyətini Navalnıyı dərhal sərbəst buraxmağa çağırıram”.

Bundan əlavə, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel eyni çağırışı sosial media mesajında təkrarlayıb və Navalnının hüquqlarına hörmət edilməli olduğunu bildirib. O, “mühakimənin siyasiləşdirilməsi qəbuledilməzdir”,- deyə yazıb.



Xəbər 3231 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +