Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı


12.01.2021  17:43 

Türkiyədə 43 nəfərin ölümünə səbəb olan terrorçu saxlanıldı





A+  A-

Türkiyədə daha bir İŞİD üzvü Azzo Halaf Süleyman El Aggal həbs edilib.
XəzərNews.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, saxlanılan terroristin Suruç ve Sultanahmet hücumları kimi birçok kamikadze hücumlarının planlayıcısı Abu Bera Mahir El Aggal ilə birlikdə fəaliyyət göstərdiyi və Türkiyədə bəzi terror aktlarında istifadə olunan partlayıcıların tədarükü və daşınmasından məsul olduğu müəyyənləşdirilib.

Saxlanılan şəxs ifadəsində 2014-cü ildə İŞİD terror təşkilatına qoşulduğunu, silahlı və ideoloji təhsil aldığını, təlimin sonunda terror təşkilatından ayrılmayacaqlarına, əmrlərini sorğu-sual etmədən yerinə yetirəcəklərinə və Əbu Bəkr əl-Bağdadinin bütün müsəlmanların əmiri və xəlifəsi olduğuna and içdiyini bildirib.

Saxlanılan şəxsin 2016-cı ildə 10 Almaniya vətəndaşının həyatını itirdiyi kamikadze hücumu, 14 xarici vətəndaş olmaqla 16 şəxsin yaralandığı İstanbul-Sultanahmet Meydanında törədilən kamikadze hücumu ve 2015-ci ildə yenə 33 şəxsin həlak olduğu, 86 şəxsin yaralandığı Şanlıurfa-Suruç kamikadze hücümlarında istifadə olunan partlayıcı maddələrin təminatçısı olduğu müəyyənləşdirilib.

Xəbər 3396 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +