Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


01.01.2021  10:48 

Tramp bir neçə iş vizasının dayandırılmasını uzatdı





A+  A-

ABŞ Prezidenti Donald Tramp bir sıra iş vizalarının dayandırılmasını 31 mart 2021-ci il tarixinədək uzadıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Akta görə, elan 31 marta qədər uzadılıb və lazım olduqda uzadıla bilər. Tramp koronavirus pandemiyasının amerikalıların gəlir mənbələrinə mənfi təsir göstərməyə davam etdiyini bildirib. Bundan əlavə bildirilib ki, ölkədə işsizlik qeydə alınmağa davam edir.

Bəyannamələr Tramp tərəfindən 2020-ci ilin aprel və iyun aylarında imzalanıb. Bunlarda, xüsusən H-1B, H-2B, H-4, L kimi vizaların və ABŞ-da işləmək hüququ verən J kateqoriyasına aid sənədlərin çoxunun verilməsinin dayandırılmasından söhbət gedir.

“Reuters” yazır ki, bir çox şirkət bu qərara qarşı çıxır. Agentliyin bildirdiyinə görə, bu məhdudiyyətlər ölkənin seçilmiş prezidenti Co Bayden tərəfindən də tənqid olunub və o, bunları ləğv edib-etməyəcəyi ilə bağlı planlarını hələ açıqlamayıb.

Xəbər 2896 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +