Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


22.11.2020  19:42 

“Türk əsgəri istənilən halda Qarabağda olacaq” - İbrahim Kalın





A+  A-

“Türk əsgəri istənilən halda Qarabağda olacaq. Biz onsuz da oradayıq. Azərbaycanla xüsusi münasibətlərimizdən dolayı, hərbi əməkdaşlıq və iş birliyi müqavilələrimizin tarixi qədimdir”.
XəzərNews.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin Sözçüsü İbrahim Kalın NTV kanalının canlı yayımında deyib.

Türkiyənin tarazlıq faktoru olaraq Qarabağda olmasının Avropa Birliyi, Nato və Qərb İttifaqı ölkələri üçün son dərəcə əhəmiyyətliliyinə diqqət çəkən Kalın bildirib:

“Qarabağ məsələsinə görə bizi tənqid edirdilər. Razılaşma əldə olundu, amma ruslar önə çıxdı. Rus əsgərləri orada 5+5 il qalacaqlar. Mən də bunu dedim: əgər rus əsgərinin varlığından narahat idinizsə, niyə bu günə qədər müttəfiq olaraq gördüyünüz Ermənistana oradakı rus hərbi bazalarını çıxarmasını söyləmədiniz? Buna gücünüz çatırsa, buyurun edin. Ermənistan oradakı rus hərbçilərini çıxarsın. Rus əsgərləri Qafqaza və ya Ermənistana yeni gəlmədi ki, onlar illərdir, oradadır. Mən bunu dedim, hələ də deyirəm. ABŞ atəşkəs cəhdi etid, bizdən də dəstək istədilər, biz də dəstək olduq. Atəşkəs 2 gün çəkdi. Fransa hansısa bir təkliflə gəldimi? Avropadan, NATO-dan və ya Avropa Birliyindən hansı münasib təklif gəldi ki, biz onu rədd etdik? Amma Rusiya ilə bu 30 illik münaqişəni həll edəcək, 2-3 aydır davam edən toqquşmalara son qoyacaq bir razılaşma barədə anlaşdıq. İndi türk əsgəri də orada olacaq. Türk əsgərləri müşahidəçi qüvvə kimi orada olacaqlar. Bu, Qərb və Avropa üçün də strateji mənfəət olaraq qəbul edilməlidir”.

Xəbər 3293 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +