Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


17.09.2020  16:43 

Kürün səviyyəsi yenidən azaldı





A+  A-

Sentyabrın 1-dən hava şəraitinin quraq keçməsi nəticəsində Kür çayında suyun səviyyəsi azalıb.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, avqustun 23-26-da Kürün aşağı hissələrində suyun səviyyəsi xeyli artmışdı. Çayın Sabirabad, Şirvan və Salyan rayonlarından keçən hissələrində suyun səviyyəsində hətta 1-1,4 metr artım müşahidə edilmişdi. Lakin sentyabrın ilk yarısında hava şəraitinin yağmursuz keçməsi nəticəsində Kürün Sabirabad və Şirvan rayonlarından keçən hissəsində səviyyə 50-54 sm, Neftçaladan keçən hissəsində isə 8 sm azalıb.

A.Verdiyev hazırda Kürdə sululuğun normadan aşağı olduğunu söyləyib.

O deyib ki, Kürdə sululuğun belə az olması quraq hava şəraiti ilə əlaqədar sonuncu dəfə 2000-ci ildə müşahidə edilib.


Mərkəz direktoru əlavə edib ki, hazırkı azalmaya baxmayaraq, gözlənilən payız yağışları ilə əlaqədar payız aylarında Kürdə səviyyənin yenidən nisbətən artacağı gözlənilir.

Kürdə suyun səviyyəsinin azalması ilə əlaqədar yaranan adalara gəldikdə, A.Verdiyev qeyd edib ki, belə adaların yaranması ötən illərdə də olub. Belə adaların yaranması müvəqqəti hal olub və Kür üçün təbii hal hesab edilir:

“Yağan yağışla əlaqədar çayın suyu artıqca Kürdəki o adaya bənzər kiçik torpaq sahələrinin üzəri su ilə örtülür. Indi də Kürün bəzi ərazilərində belə kiçik adaya bənzər torpaq sahələri var”.

Xəbər 3248 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +