Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?


14.09.2020  16:20 

Bakıda 18 məktəb direktoru işdən çıxarılıb





A+  A-

"Yeni dərs ili ərəfəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib".
XəzərNews.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib.

O bildirib ki, 20 məktəbin direktoru yerdəyişmə ilə digər ümumi təhsil məktəblərinə təyinat alıb:

"18 məktəb direktoru (19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər) ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. (14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, 4 nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar).

Təhsil Nazirliyi tərəfindən son 7 ildə yüksək şəffaflıq və obyektivlik şəraitində həyata keçirilən müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilməsi, pedaqoji işçilərin yerdəyişməsi müsabiqəsi, eləcə də digər müvafiq tədbirlər nəticəsində müəllim peşəsinə maraq xeyli dərəcədə artıb. Məktəblər müvafiq tələblərə cavab verən yüksək hazırlıqlı müəllimlərlə təmin olunur.

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci dərs ili üçün 958 vakansiya təqdim olunub. Müsabiqə üzrə prosedur tam yekunlaşmadığı üçün ümumilikdə, işə qəbul olunanların sayı barədə yaxın günlərdə dəqiq məlumat bəlli olacaq".

Xəbər 3542 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +