Dəhşətli təyyarə qəzası - ölənlər var
“SSRİ dağılandan sonra NATO-ya ehtiyac qalmayıb...”
İş adamının oğlu faciəvi şəkildə vəfat edib
ABŞ İrana qarşı zərbə endirməyə hazırdır
Tramp: ABŞ Ukraynaya silah verəcək
Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər


10.09.2020  13:43 

Polis ifadə alıb buraxdığı adamı axtarışa verdi





A+  A-

Bakı Şəhər Baş Polis İdarəsi oyun aparatlarını icarəyə götürərək qaytarmamaqla dələduzluq edən şəxsin tapılmaması barədə iddialara münasibət bildirib.
Bakı BPİ-nin mətbuat xidmətindən XəzərNews.az-a bildirib ki, Röyal Seyfullayev elan saytlarının biri vasitəsilə Vüsalə Abdullayevaya məxsus 1150 manat dəyərində “Playstation 4 Pro” markalı oyun aparatını 50 manat ödəniş etməklə bir günlük icarəyə götürüb: “Sonra həmin oyun konsolunu Məmmədov Mehdi İlqar oğluna 500 manata satmaqla dələduzluq edib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.1-i maddəsi ilə cinayət işi başlanılıb.

Zərərçəkmiş və şahid ifadələri alınıb, digər zəruri istintaq hərəkətləri yerinə yetirilərək 1 sentyabr 2020-ci il tarixdə R. Seyfullayev barəsində axtarış elan edilib. Həmçinin, cinayət yolu ilə əldə edilmiş oyun aparatını alan Mehdi Məmmədovun əməlinə R.Seyfullayevin tutulub istintaqa təqdim edilməsindən sonra hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, şikayətçi Vüsalə Abdullayeva “Qafqazinfo”ya müraciətində bildirmişdi ki, məsələ ilə bağlı ərizəsinə polis əməkdaşları tərəfindən laqeyd yanaşılıb və zərərçəkmiş şəxslər Röyal Seyfullayevi tutub polisə təhvil versələr də, onlar şübhəli şəxsi sərbəst buraxıblar.

Xəbər 3051 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +