Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?


08.06.2020  13:17 

Qonşu ölkələrdə koronavirusla bağlı son statistika





A+  A-

Rusiyada son sutka ərzində daha 8 985 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 476 min 658-ə çatıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 239 min 999 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 112 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 5 971-ə çatıb. Ümumilikdə 230 min 688 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda koronavirusa yoluxanların sayı daha 1 nəfər artaraq 810-a çatıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Xəstəlik səbəbindən 13 nəfər həyatını itirib, 683 nəfər isə sağalaraq evinə buraxılıb.

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 195 nəfər artaraq 13 325-ə çatıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 11 nəfər artaraq 195-ə çatıb. Ümumilikdə 4 099 pasiyent müalicə olunaraq sağalıb, 8 943 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.

Xəbər 3039 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +