Prezident Pakistanlı siyasətçi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi


05.06.2020  12:10 

“Baş Nazir örüş yerləri ilə bağlı qərar verməlidir”





A+  A-

Milli Məclisin deputatı Vahid Əhmədov bəzi regionlarda örüş yerləri, yaylaqlarla bağlı problemə toxunub.
XəzərNews.az xəbər verir ki, deputat parlamentdə çıxışında deyib ki, o zaman Nazirlər Kabineti örüş yerlərinin bölüşdürülməsini yerli İcra Hakimiyyətlərinə tapşırıb: “Həmin örüş yerləri də kənar insanlara verildi. Yerli əhaliyə örüş sahəsi çatmadı. Bəzi rayonlarda bununla bağlı çox ciddi problemlər var. Hesab edirəm ki, biz bununla bağlı xüsusi qanun layihəsi qəbul etməliyik. Ya da Baş Nazir qərar verməlidir. Bu məsələ ilə məşğul olmaq lazımdır.

Elə yerlər var ki, bu məsələdə ciddi qarşıdurma yaranır. Çünki bu sahələrin sahiblərinin yuxarıdan dəstəkləyənləri var. Bu yaxınlarda Qubada belə bir ciddi hadisə baş vermişdi. Biz bunun qarşısını çətinliklə ala bildik”.

Xəbər 3403 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +