Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


29.04.2020  11:48 

Tibbi maskalardan belə istifadə olunmalıdır - Qaydalar





A+  A-

Azərbaycanda koronavirusla mübarizə üçün istifadə olunan tibbi maskaların ilk günlərdə çatışmazlığı, daha sonra zəruri olub-olmaması və nəhayət onlardan necə istifadə olunması uzun müddət müzakirə predmeti olub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Qida Təhlükəsizliyi Agentliyi tibbi maskalardan ümumi istifadə qaydalarını hazırlayıb.

- Təlimata görə, maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır. İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz.

- Maska çıxarılan zaman maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır. Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli və ya sabun və su ilə təmiz yuyulmalıdır.

- Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir.

- Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir.

- Respirator axıntının qarşısını almaq üçün yoluxmuş şəxs mütəmadi olaraq maskalardan istifadə etməlidir.

- Tibbi maskalara qarşı həssaslığı olan şəxslər tənəffüs gigiyenasına xüsusi diqqət etməlidirlər; öskürmə və asqırma zamanı ağız və burun nahiyəsi birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız salfetlərlə silinməlidir. İstifadədən sonra material mütləq xüsusi qapalı tullantı qutularına atılmalıdır. Tənəffüs ifrazatı ilə təmasdan dərhal sonra əllər təmizlənməlidir.

- Pəncərə və qapılar müntəzəm olaraq açılmalı və məkanın havası dəyişilməlidir. Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.

Xəbər 3532 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +