Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir


25.12.2019  11:18 

Xəzərlə bağlı ciddi narahatlıq yaranıb - 10-dan çox qurum bir araya gəldi





A+  A-

Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədilə maraqlı və məsul tərəflərin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) növbəti görüş keçirilib.
XəzərNews.az xəbər verir ki, “Azərsu” ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Azersun Holding” MMC, SOCAR, Azərkimya İstehsalat Birliyi, Beynəlxalq Dəniz Ticarət Limanı, BP şirkəti, “Metanol” MMC, “AzGerneft” MMC, Neft Emalı Zavodu, “Azər Yod” MMC və s. idarə, müəssisə və şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xəzər dənizinin ekoloji mühitinə mənfi təsirlərin azaldılmasına birgə nail olunması, müasir texnoloji yeniliklərin tətbiqi istiqamətində müzakirələr aparılıb.

ETSN-nin ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov jurnalistlərə açıqlamasında bildirib ki, müzakirələrdə nazirliyin mütəxəssisləri tərəfindən Xəzərin çirklənməsinin qarşısının alınması yolları göstərilib, tətbiq olunan müasir texnologiyalar nümayiş etdirilib.

"Müasir tələblərə cavab verən təmizləyici qurğuların tətbiqi olmadan çirklənmənin qarşısının alınmasının mümkünsüzlüyü diqqətə çatdırılıb. Eyni zamanda, Xəzərin ekomühitinin mühafizəsi üçün qarşılıqlı əməkdaşlığın qurulmasında, müəssisə və təşkilatların üzləşdikləri çətinliklərin aradan qaldırılmasında Nazirliyin maraqlı olduğu qeyd edilib".

Nazirlik rəsmisinin sözlərinə görə, Xəzəri çirkləndirən obyekt, müəssisə və şirkətlərə fəaliyyətlərini qanunvericilik prinsipləri əsasında qurmaları üçün bir daha təkliflər və tövsiyələr verilib. Sonra görüş iştirakçılarının çıxışları, müraciətləri, təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər 3484 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +