Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


19.12.2019  11:56 

“Azərbaycanda bu xəstəliklərdən ölüm göstəricisi 48, dünyada isə 26 faizdir”





A+  A-

"Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir".
XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

O bildirib ki, yüksək gəlirli, inkişaf etmiş ölkələrdə bu göstərici 30 faizə çatmır, 26 faizdir:

“Qeyri-infeksion xəstəliklərdə ölüm göstəricisi dünyada 70 yaşa qədər əhali arasında 44 faizdir. Qeyri-infeksion xəstəliklərin yükü istər xəstələnmə, istər ölüm göstəricisinə, istərsə də əlilliyə görə digər yoluxucu xəstəliklərdən yüksəkdir. Dünya üzrə əhalinin yaşlanma göstəricisi artır. Bu, yoluxucu xəstəliklərlə mübarizənin nəticəsidir. Buna baxmayaraq, qeyri-infeksion xəstəliklərin yükü artır. Hazırda bu xəstəliklərə diqqət artıb”.

Nazir müavinin sözlərinə görə, bu baxımdan Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizə ciddi şəkildə aparılmalıdır.

“Burada yalnız öhdəlik səhiyyənin üzərinə düşmür. Bütün qurumlar birgə mübarizə aparmalıdır. Fiziki aktiv həyatın təbliği, maarifləndirmə, tütündən istifadənin azaldıması buna misaldır”,-deyə R.Əliyev əlavə edib.

Xəbər 3204 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +