Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


19.12.2019  11:15 

“Baş Nazirin qərarı məhsulların ucuzlaşmasına gətirib çıxaracaq”





A+  A-

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, daxili istehsalda istifadə olunan xammal və materialların idxal rüsumu 15%-dən 0%-ə, ferroərintilərin ixrac rüsumu 5%-dən 0%-ə endirilib.

XəzərNews.az-ın məlumatına görə, beşinci çağırış Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, Baş Nazir dəyişəndən verdiyi ən mühüm qərarıdır:

“Daxili istehsalda istifadə olunan xammal və materialların idxal rüsumu 15%-dən 0%-ə endirilib. Metallurgiya, kimya, rezin plastmas və qida sənayesi məhsullarını əhatə etməsi olduqca əhəmiyyətlidir. İdxal rüsumlarının aşağı salınması daxili bazarda həm məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq, həm də həmin məhsulların ucuzlaşmasına gətirib çıxaracaq. Eyni zamanda, xarici bazarda rəqabətqabiliyyətliliyini artıracaq”.

V.Əhmədov qeyd edib ki, qərarın ikinci hissəsi Sumqayıt sənaye parkındakı zavodun fəaliyyətini stimullaşdıracaq:

“Qərarın ikinci hissəsi ferroərintilərin ixracının stimullaşdırılması ilə bağlıdır. 2018-ci ildə cənab Prezident Sumqayıtda Kimya sənaye parkı açdı. Hansı ki, həmin parka 50 milyon manata yaxın investisiya qoyulmuşdu. Ferroərintilərin ixrac rüsumunun 5%-dən 0%-ə endirilməsi zavodun fəaliyyəti üçün olduqca əhəmiyyətlidir. Görünən odur ki, Nazirlər Kabinetinin müsbətə dorğu qərarları alqışlanmalıdır”.

Xəbər 3161 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +