Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb


05.10.2019  09:56 

“Maşın”ı bir gündə 2 nəfər tərk etdi





A+  A-

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın şou”nun 18-ci sürətini bir gündə iki iştirakçı tərk edib.
XəzərNews.az-ın məlumatına görə, onlar – Xalq artisti Bilal Əliyev və reper Qurddur.

Əlini istəmədən avtomobildən çəkən reper Qurd qayda pozuntusu etdiyi üçün “Maşın şou”dan uzaqlaşdırılıb.

Əlini avtomobildən çəkən Bilal Əliyev isə bu addımı atası ilə telefon danışığından sonra atdığını bildirib:

“Bu gün səhər-səhər sübhanə yeməyə qalxanda gördüm ki, qapıda bir nəfər gözləyir. Telefonla gəlmişdi. Məni atamla danışdırdı. Dünən olanlara görə atam mənə hirslənib. 87 yaşı var. Oradan mənə bir xəbər göndərdi ki, oğlum, bir dəqiqə də orada dayanmırsan, əlini çəkirsən, öz evinə yox, düz mənim evimə gəlirsən, kəndə. Mən də əlimi çəkirəm".

Qeyd edək ki, şouda mübarizəni bundan sonra aşıq Namiq Fərhadoğlu, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, Xalq artisti Fatma Mahmudova, müğənnilər Ayan Babakişiyeva, Türkan Vəlizadə, Nazim Pişyari, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, meyxanaçı Aqşin Fateh, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirəcəklər.

Xəbər 3479 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +