Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar
Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir


02.09.2019  14:53 

“Tarix yaratmışam, mənə hər şey olar” - Nadir Qafarzadə





A+  A-

Müğənni Nadir Qafarzadənin Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən dəhşətli şəklildə övladının gözü qarşısında öldürülməsi barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayan fikirlərinə yenidən münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, o, bu barədə “Musavat.com”a danışıb:

“Mən təmiz həyat yaşayıram, ailəm nümunəvidir. İnsanlar məni sevir, ailəmi tanıyır. Mənim bir pis işim yoxdur ki, susub oturum. Artistəm, mənə hər şey olar. Məni bütün Azərbaycan tanıyır, sevir. Azərbaycan mədəniyyətində tarix yaratmışam. Əxlaqsızlar xalqımı pis yola çəkir, ailəmlə küçəyə çıxa bilmirəm. Şəhərin mərkəzi əxlaqsızlarla doludur, onların içinə ailəmi necə çıxarım?

Əxlaqsızların cəzalandırılması lazımdır. Mənim sözlərimi başqa tərəfə yozanlar əxlaqsızların “əlini yuyanlardır”. Onlar fahişələri dəstəkləyirlər. Mən isə ölkəyə lazımam, insanlara xeyrim dəyir. Onlar isə bizi ancaq biabır edirlər. it itin ayağını tapdalamaz. Guya mənə efir qadağası qoyulsa nə olacaq? Onsuz da efirlərə çox çıxmıram. Düz əməlli verilişlərimiz qalıb ki? Mən qətli, cinayətkarlığı təbliğ etmirəm. Sadəcə insanların namusunu, əxlaqını pozanlara cəza istəyirəm.

Elə bilirsiniz ki, məni dəstəkləyənlər olmadı? Yaxşı oğlanlar, yaxşı qızlar mənim fikirlərimi dəstəklədi. Onlar bildi ki, mənim üçün əxlaq önəmlidir”.

Qeyd edək ki, Nadir sözügedən hadisə barədə bu sözləri işlətmişdi:

“Bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir. Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir?”.

Xəbər 3091 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +