Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


30.08.2019  14:26 

Bu şəxslərə məktəbli formaları pulsuz paylanacaq - RƏSMİ





A+  A-

"2017-ci ildən məktəbli formalarının qiymətləri dəyişməyib”.
XəzərNews.az-ın məlumatına görə, bu sözləri lent.az-a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. O bildirib ki, 1-6-cı siniflərin məktəbli formasının qiyməti 40 manat, 7-11-ci sinif şagirdləri üçün 46 manatdır:

"Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Hal-hazırda tikiş prosesi gedir və formaları hər il təxminən 20-25 min civarında tikirik. Biz öz mağazalarımızda olan bütün mallara cavabdehik və onların hamısında qiymətlər eynidir. Digər mağazalarda olan qiymətlərin isə bizə aidiyyəti yoxdur”.

E.Əzimov qeyd edib ki, Təhsil Nazirliyinin sifariş etdiyi 10 000 məktəbli formasının da hazırlanmasına davam edilir:

"Sentyabrın 15-dək onların sifarişlərini çatdıracağıq. Nazirlik hər il bizdən formalar alır və bu il də əvvəlki illərdə olduğu kimi aldığı formaları internatlara və kimsəsizlərə paylayacaq”.

Qeyd edək ki, Bakı Tikiş Evi artıq 10 ildir vahid məktəbli formasının istehsalını və satışını həyata keçirir. "BTE” loqosu ilə məktəbli geyimləri dörd modeldə hazırlanır. Gigiyenik və uyğunluq sertifikatı olan formaların parçası Türkiyədən gətirilir və bu geyimlər uşaqların sağlamlığına heç bir əks təsir göstərmir. Məktəbli formalarının keyfiyyətinə bir il zəmanət verilir.

Həmçinin əhalinin rahat alış-verişini təmin etmək üçün Sumqayıt, Mərdəkan, Qaradağ, Buzovna və Sahil qəsəbələrində, habelə metronun müxtəlif stansiyalarının yaxınlığında BTE-nin satış mərkəzləri fəaliyyət göstərir. Ümumilikdə isə BTE-nin 9 filialı var. Satış mərkəzləri həftənin yeddi günü fasiləsiz fəaliyyət göstərir. Eyni zamanda, ilboyu BTE-nin bütün satış mərkəzlərindən məktəbli formasını və aksesuarlarını almaq olar.

Xəbər 2750 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +