Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub
8 min müəllim işdən çıxarıldı


31.07.2019  13:43 

İran milli valyutadan 4 sıfırı atmağa qərar verdi





A+  A-

İran milli valyuta olan rialdan 4 sıfırı atmağa qərar verib.
XəzərNews.az-ın məlumatına görə, bu gün İranın Nazirlər Kabinetinin iclasında İranın milli valyutasından 4 sıfırın atılması ilə bağlı qərar təsdiqlənib.

İranın Mərkəzi Bankının baş direktoru Əbdülnasir Himmətinin bu haqda dəqiq açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, İranın Mərkəzi Bankının baş direktoru Əbdülnasir Himməti bundan öncə milli valyutadan 4 sıfırın atılması ilə bağlı layihənin Nazirlər Kabinetinə təqdim edildiyini bildirmişdi. Layihəyə əsasən, İran rialından 4 sıfır atılacaq, hazırki 10 min rial 1 tümən olacaq, 1 tümən də yeni tədavülə buraxılacaq 100 riallıq əskinaslara uyğun olacaq.

Hazırda İranda rəsmi məzənnəyə əsasən, 1 dollar 42 min rialdır, qara bazarda isə 1 dolların qiyməti 119-122 min rial arasında dəyişir.

Xəbər 2893 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +