Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


30.07.2019  10:32 

Məşhur istirahət mərkəzlərinin bağlanması üçün - Müraciət





A+  A-

Çimərlik ərazilərində tullantı sularının idarə olunması ilə bağlı növbəti reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirilib və bundan əvvəl verilmiş məcburi göstərişlərin icra vəziyyəti yoxlanılıb.
XəzərNews.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, reydlər zamanı Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən “Palma”, “Riverin”, “Ober Lyuks”, “El Faro”, “Təhsil”, “Atlant” istirahət mərkəzlərində su təmizləyici qurğuların quraşdırıldığı, Sumqayıtda fəaliyyət göstərən “Dostluq”, “Caspian Breeze”, “Şərur”, “Amore”, “Nicat”, “Freqat”, “Regnum”, “Röya”, “Turan”, “Təndir”, “Qala” istirahət mərkəzlərinin çirkab sularının mərkəzi kanalizasiya şəbəkəsinə qoşulduğu müəyyən olunub.

Xaçmaz rayonundakı “Çıraqqala”, “Jalə”, Sumqayıt şəhərindəki “Duyğu”, “Liman”, “Atlantida”, “Flaqman”, “Narınqala”, Balıqçı”, “Alma”, “Neptun, “Antalya”, “Qala”, Bakı şəhərindəki “Mirvari”, “Riyad park”, “Caspian Beach”, “1001 gecə”, “Eldarado”, “Dostluq”, “Aquapark” istirahət mərkəzlərinə bir müddət əvvəl verilmiş “məcburi göstəriş”lərin tələbləri icra edilmədiyi üçün onların fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsadət qaldırılıb.

Reydlər zamanı Nabranda fəaliyyət göstərən “Lotos”, “Ulduz”, Sumqayıtda “Katamaran”, “Sahil”, “Diana”, Bakıda “Bizim sahil”, “Xəzər”, “Türkan”, “Simurq”, “Voyage”, “Qala” və “Antalya” istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə “Dağlar oğlu”, “Həsirli”, “Su pərisi”, “Panorama” ictimai-iaşə obyektlərində də formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib və cavabdeh şəxslər barəsində akt tərtib olunub. Formalaşan tullantı sularının təmizlənməsi üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib.

Qeyd edək ki, “1001 gecə” istirahət mərkəzi millət vəkili Hüseynbala Mirələmova məxsusdur.

Xəbər 4606 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +