Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva


03.07.2019  16:02 

Veteran zabit güc nazirlərinə MÜRACİƏT ETDİ





A+  A-

Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan zabit Abuzər Əbilov Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
XəzərNews.az-ın məlumatına görə, veteran zabit bir sıra kirli işlərdə hərbi geyimlərdən istifadə olunmasının qarşısının alınmasını xahiş edib.

“Hörmətli nazirlər. Son günlər Azərbaycan Hərb Tarixinin dəyişməz atributu olan hərbi formaların müxtəlif insanlar tərəfindən tikintilərdə, avtotəmir yerlərində, məişət işlərində və bir sıra kirli obyektlərdə geyinilməsi cəmiyyətdə, xüsusən də Azərbaycan Ordusunun yaranmasında, savaşlarda iştirak etmiş insanlarda qıcıq yaradır. Xalqın və millətin qürur yeri, atributu olan hərbi formaların bu cür təhqir olunmasının qarşısını almağı sizlərdən xahiş edirik. Bizlər o formanı evimizdə olan ən bahalı və keyfiyyətli kostyumlardan üstün tutaraq sevgi ilə geyirinik. Bu forma vətənpərvər insanlar və qazilər tərəfindən şərəflə və səliqəli daşınır. Lakin müxtəlif işlərdə bu formaları kirli və cırıq halda geyinən insanlar gördükdə qəlbimiz ağrıyır. Bu formalarda Azərbaycan Ordusunun qanla yazılmış tarixi var. İnanmıram hansısa iş görən insan forma olmadıqda başqa geyim tapa bilməsin. Tabeliyinizdə olan əməkdaşlara bu kimi halların aradan qaldırılması üçün sərəncam vermənizi xahiş edirəm”,- veteran zabit bildirib.

Xəbər 2955 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +