Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı


22.03.2019  16:18 

Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır





A+  A-

Ukraynada Azərbaycanın diaspor sədrinə qarşı təxribat hazırlanır.
Ukraynanın hüquq-mühafizə orqanlarındakı mənbədən aldığımız məlumata görə, təxribat xarakterli əməliyyatın bu günlərdə icra olunması nəzərdə tutulub. Məqsəd diaspor sədrinin uydurma ittihamlarla məsuliyyətə cəlb olunmasına nail olmaqdır.
Mənbə bildirib ki, əməliyyatın təşəbbüskarları sırasında Azərbaycanın diplomatik missiyasının təmsilçiləri də var: “Sifariş sizinkilərdən gəlib. İstədikləri odur ki, həmin diaspor sədrinin fəəaliyyətində problemlər yaradıb, onu sözə baxan hala gətirsinlər. Görünür, burada sizinkilərdən kiminsə maraqlarına qarşı gedir. Detallarla bağlı məlumatım yoxdur. Konkret hansı addımlar atılacaq, hansı vasitələrdən istifadə olunacaq, bunu bilmirəm. Bildiyim odur ki, yaxın günlərdə Kiyevdə azərbaycanlı diaspor sədrinə qarşı xüsusi əməliyyat keçiriləcək. Çox güman ki, onu təxribata çəkib həbs etmək istəyəcəklər” – deyə mənbə bildirib.
Söhbətin hansı diaspor sədrindən getdiyini hələlik açıqlamaq istəmirik. Bəzi dəqiqləşdirmələr aparıb məsələnin təfərrüatına qayıdacağıq.
Qeyd edək ki, bundan əvvəl də Ukraynada diaspor təmsiçilərinə qarşı hüquqi müstəvidə çeşidli problemlər yaradılıb və bu kimi məsələlərin qaynaq ünvanı kimi, bir çox hallarda diplomatik korpusun adı çəkilib. (musavat.com)

Xəbər 3430 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +