Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


11.03.2019  18:34 

Martın 19-u Bakıda Novruz şənliyi keçiriləcək





A+  A-

Hər il olduğu kimi, bu il də paytaxtımızda Novruz bayramı dövlət səviyyəsində keçiriləcək.
XəzərNews.az-ın əldə etdiyi məlumata görə, YUNESKO-nun mədəni irs siyahısında Azərbaycanın qədim milli bayramı kimi qeyd edilən Novruz bayramı paytaxtın bütün rayonlarında şənliklərlə qeyd olunacaq.

Bakıda martın 19-na planlaşdırılan əsas tədbir Qız qalasının qarşısındakı meydanda baş tutacaq, daha sonra Milli Parkda davam etdiriləcək.

Tədbirlərdə nümayiş olunacaq çalğı, rəqslər, bədii hissə Mədəniyyət Nazirliyi, güləş, zorxana və digər idman tədbirləri isə Bakı Şəhər Gənclər İdarəsi tərəfindən hazırlanacaq.

Eyni zamanda, Qız Qalasının qarşısında böyük tonqal qalanacaq.

Bundan başqa, bütün bayram günləri ərzində İçəri Şəhərdə və Sabir bağının qarşısında konsert proqramı və yarmarka təşkil olunacaq.

Qeyd edək ki, prezident İlham Əliyev ailəsi ilə birlikdə hər il Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edir.

Xəbər 3045 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +