Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir


23.02.2019  16:17 

“Böyüməyən uşaqlar” tamaşası Ukraynada nümayiş olunub





A+  A-

Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımı hadisələrini bədii üslubda çatdırmaq məqsədilə “Böyüməyən uşaqlar” tamaşası nümayiş olunub.
XəzərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukraynanın “Çornıy kvadrat” teatrı tərəfindən səhnələşdirilən səhnə əsəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Kiyev Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə hazırlanıb. Tamaşanın nümayişindən öncə, UABD, BUAK, KAK-ın sədrləri Hikmət Cavadov, Rövşən Tağıyev, Oleq Krapivin, dövlət komitəsinin şöbə müdiri Ruslan Quliyev çıxış edərək Xocalı soyqırımının xarici ölkələrdə tanıdılması istiqamətində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Bildirilib ki, tamaşa Xocalı soyqırımı barədə Ukrayna cəmiyyətində böyük təsəvvür yaradacaq.

Sonra Xocalı faciəsinin canlı şahidlərindən biri – ukraynalı helikopter pilotu Leonid Kravets çıxış edərək bu faciədən 27 il ötməsinə baxmayaraq, bütün hadisələrin kino lenti kimi gözünün qabağından keçdiyini bildirib. Tamaşanın ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkürünü bildirən pilot qeyd edib ki, layihənin Xocalı soyqırımını daha çox kütləyə çatdırılmasında böyük əhəmiyyəti var.

Daha sonra tamaşa nümayiş olunub. Tamaşanın əsas süjet xəttini müharibələrin, soyqırımlarının insan düşüncəsində buraxdığı ağır izlər, bunun nəticəsində faciə görmüş insanların cəmiyyətə adaptasiya olunmasında yaratdığı çətinliklər təşkil edir.

Xatırladaq ki, layihənin rəhbəri Hikmət Cavadov, ideya müəllifi Murad Cəfərov, quruluşçu rejissoru Yuriy Klyatskin, rejissor Fuad Əliyev, ssenarisi Sergey Fedarçuk, bəstəkarı Türkər Qasımzadədir.

Tamaşanı izləyənlər arasında Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov, Azərbaycanın Poltavadakı fəxri konsulu Elşən Vəliyev, Ukraynanın Xalq artisti Vladimir Qrişko, Ukrayna Kikboksinq Federasiyasının prezidenti Olqa Pavlenko, vitse-prezidenti Elşad İbrahimov, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllim və tələbə heyəti, diaspor fəalları da olub.

Qeyd edək ki, tamaşa Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında səhnələşdirilib.







Xəbər 2982 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +