Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


25.01.2019  14:32 

Deputatlardan Gürcüstana etiraz - “Arxadan vurulan zərbədir”





A+  A-

Xəbər verdiyimiz kimi bu ilin yanvarın 20-də Gürcüstanın Axalkalaki şəhərində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixail Avaqyana büstün qoyulması rəsmi Bakının sərt etirazına səbəb olub. Bununla əlaqədar, Azərbaycan XİN-in təlimatı əsasında Gürcüstandakı səfirimiz tərəfindən qonşu ölkə XİN-də dərhal görüş keçirilib və ölkəmizin etirazı qarşı tərəfin diqqətinə çatdırılıb. Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri XİN-ə çağırılaraq məsələ ilə bağlı tədbirlərin görülməsi tələb edilib.
Qeyd etdiyimiz məsələ qonşu ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı deputatlar və həmyerlilərimizin də etirazına səbəb olub.

XəzərNews.az bildirir ki, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov “Qafqazinfo”ya açıqlamasında hazırda Gürcüstan parlamentinin tətildə olduğunu, bu səbəbdən məsələnin hələ qaldırılmadığını diqqətə çatdırıb:

“Bildiyiniz kimi, seçkiqabağı Salomi Zurabişvili Axalkalakidə Saakaşvili dövründə ermənilərə diqqətsizlik göstərildiyini, türklərə daha çox üstünlük verildiyini bildirmiş və orada ermənilərə bu oyunu dəyişəcəyinə dair söz vermişdi. Görünür, Zurabişvili azərbaycanlılara, türklərə qarşı verdiyi vədləri yavaş-yavaş yerinə yetirməyə başlayır. Ən dəhşətlisi odur ki, 20 Yanvar faciəsinin keçirildiyi gün ermənilər, “Gürcü arzusu” partiyasının deputatları, bələdiyyə sədrləri, yerli hakimiyyət bir dənə separatçının heykəlinin açılışına yığışmışdılar. Bununla da, Gürcüstan dövləti buna göz bağlamış oldu. Separatçı, “Kobra” ləqəbli, azərbaycanlıların qanını içmiş bir insanın heykəlinin Gürcüstanda açılması bütün dünya azərbaycanlıları üçün arxadan vurulan zərbədir. Biz bunu Gürcüstan hökumətinə də bildirmişik. Bu gün gürcü rəsmiləri nə qədər boyun qaçırmaq istəsələr də, onların razılığı olmasaydı heç kim bu heykəli aça bilməzdi.

Bu məsələ belə qalmayacaq. Bir azərbaycanlı kimi heykəlin götürülməsini tələb edəcəyik. Gürcüstandakı azərbaycanlılar arasında ciddi bir narahatlıq var. Bütün bunların arxasında dövlətin, prezident Salomi Zurabişvilinin barmağı var”.

Deputat, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov isə hesab edir ki, Axalkalakidəki təxribatçı aksiyaya yol vermək Azərbaycan –Gürcüstan əlaqələrinə istilik gətirməycək, əksinə Axalkalaki erməniləri Tbilisi ilə Bakının strateji əməkdaşlığına zərər vurmaq üçün başqa təxribatçı hərəkətlərə təhrik edə bilər:

“Axı Gürcüstan özü də Abxaziya və Cənubi Osetiyada separatizmdən əziyyət çəkir. Axalkalakidə də, həmçinin erməni separatizmi özünü tez-tez göstərir. Gürcüstan hökuməti prinsipial, davamlı olaraq Dağlıq Qarabağdakı separatçılığı qınayıb və Bakıdan Abxaziya və Cənubi Osetiyadakı separatçılıqla əlaqədar adekvat dəstək alıb.

Hesab edirəm ki, rəsmi Bakı Gürcüstan hökumətinə müvafiq sorğu göndərməli və bu açıq erməni təxribatı ilə əlaqəli onun mövqeyinə aydınlıq gətirməlidir”.

Xəbər 3333 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +