Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


28.11.2018  11:32 

Nazim İbrahimovun qardaşının həbsi tələb edildi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Sahib İbrahimovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası davam etdirilib. Ötən iclasda S.İbrahimovun vəkili iştirak etmədiyi üçün təxirə salınmışdı.

Bugünkü iclasda zərərçəkimiş Etibar Allahverdiyev mülki iddia qaldıraraq maddi ziyana görə ona 162 min 400 dollar, mənəvi ziyana görə isə 50 min manat ödənilməsini tələb edib. Məhkəmə mülki iddianı icraata götürüb və hökmdə bununla bağlı qərar veriləcək.

E.Allahverdiyevin vəkili Xəqani İmanov vəsatət verərək ev dustaqlığında olan S.İbrahimovun həbs olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Cinayət işi məhkəmə baxışına verilib.

Proses dekabrın 5-də davam etdiriləcək.

S.İbrahimov 52 vətəndaşa “mənzil dələduzluğu” yolu ilə 3 milyon manat “atmaq”da, 1,5 milyon manat pulu vergidən yayındırmaqda, qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon manat gəlir əldə etməkdə təqsirləndirilir.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

Xəbər 3919 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +