Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


29.10.2018  18:52 

Zərdabda maşın qaçıran saxlanıldı





A+  A-

Zərdab rayon sakini Tərlan İsayevin “İJ-27175” markalı maşını qaçırılıb.
XəzərNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə şəxs Rayon Polis Şöbəsinə məlumat verib.

Müraciətlə əlaqədar Zərdab RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. “İsti izlərlə” və peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Anar Əhmədov qaçırdığı avtomobillə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Dindirilmə zamanı A. Əhmədov törətdiyi cinayət əməlini etiraf edib. Qaçırılmış avtomobil maddi sübut kimi götürülüb.
Faktla bağlı Zərdab RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər 3118 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +