Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək


27.08.2018  11:18 

Dollar krediti olanların nəzərinə - Məhkəmə yenidən baxacaq





A+  A-

Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin (“Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi”) şərh edilməsini xahiş edib.
XəzərNews.az xəbər verir ki, bu barədə ekspert Əkrəm Həsənov sosial şəbəkədə yazıb. O, sözügedən maddəni şərh edərək qeyd edib ki, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir: “Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar.

Bu maddəyə əsasən artıq 3 ildir ki, biz deyirik ki, manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir və buna görə də xarici valyutada krediti olan şəxsə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi hüququnu verir. Lakin verdiyimiz yüzlərlə iddialarda məhkəmələr bu arqumenti, bir qayda olaraq, qəbul etməmişdir. Hakimlərin də arasında ciddi fikir ayrılığı var və Bakı Apellyasiya Məhkəməsi də müraciətində bunu xüsusi vurğulayıb. Buna görə də, Konstitusiya Məhkəməsi qarşısında 3 sual qoyulub:

1. Mülki dövriyyə iştirakçılarının bərabərliyi prinsipindən yanaşıldıqda milli valyutanın devalvasiyası kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilərmi?

2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kredit münasibətlərində tətbiq edilə bilərmi?

3. Bu əsasla ləğv edilmiş müqavilənin nəticələri hansı qaydada tənzimlənməlidir?

Əslində, ilk 2 sualın cavabı ritorikdir. Çünki iştirakçıların bərabərliyi prinsipi istənilən mülki müqaviləyə xasdır və o, rəhbər tutulsa, belə çıxır ki, heç bir mülki əqd üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi institutu tətbiq edilə bilməz. Bəs onda qanuna niyə daxil edilib? Axı niyə bu institutu guya məhz kredit münasibətlərinə tətbiq etmək olmaz? Əlbəttə, olar və edilməlidir də!

O ki qaldı sonuncu suala, məsələ birmənalı deyil. Kredit müqaviləsi ləğv edildikdə, borclunun krediti necə qaytarması (hansı məzənnə ilə) məsələsi yenə də açıq qalır. Ümumiyyətlə, sualın özü yarımçıqdır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi borcluya müqaviləni yalnız ləğv etmək deyil, həmçinin şərtlərinin (məsələn, devalvasiya halında məzənnəni və s.) dəyişdirilməsi hüququnu da verir. Lakin nədənsə müraciətdə bu hüquq xatırlanmır, halbuki, əsas məsələ məhz budur. Ümid edək ki, Konstitusiya Məhkəməsi məsələyə daha geniş yanaşacaq”.

Qeyd edək ki, müraciət bu ilin may ayının 30-da Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev tərəfindən imzalanıb.

Xəbər 2657 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +