Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


25.06.2018  08:43 

Ərdoğan nə qədər səs toplayıb? - Yekun nəticə açıqlandı





A+  A-

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinədə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) seçicilərin etimadını qazanıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Ali Seçki Komissiyasının (ASK) sədri Sədi Güvən məlumat verib. ASK-nin sədri bildirib ki, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib.

Seçicilərin 52.6 faizi prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərib. Məhərrəm İncə seçicilərin 30 faizinin səsi ilə ikinci yerdə qərar tutub.

Parlament seçkilərinə keçirilən səsvermədə isə Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi Cümhur İttifaqı birinci yeri qazanıb. Beləliklə, Türkiyə Böyük Millət Məclisindəki 600 mandatın 293-ünü Ədalət və İnkişaf Partiyası qazanıb. Digər mandatların 146-sı Cümhuriyyət Xalq Partiyasının, 67-si isə Xalqların Demokratik Partiyasının, 49-u Millətçi Hərəkat Partiyasının, 45-i isə İYİ Partiyanın payına düşüb.

Parlamentdəki yer bölgüsü deməyə əsas verir ki, Cümhur İttifaqında birləşən AKP və MHP yeni hökumətin qurulmasında vaxt itkisinə yol verməyəcəklər.


Xəbər 2495 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT


BÜTÜN XƏBƏRLƏR +