Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


18.05.2018  15:43 

Bacısı oğlu ifadə verdi: “Arif müəllim ona 2-3 milyon pul verib”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AzTV” sədri Arif Alışanova 4,6 milyon manat pul "atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçali Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun məhkəməsi keçirilib.
XəzərNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə Arif Alışanovun bacısı oğlu, zərərçəkmiş Dəyanət Cəfərov ifadə verərək Şamaxıya torpaq almağa gedərkən qəzanın necə baş verdiyini danışıb: "Çuxuryurd kəndində 300 min manata ferma, 600 min manata torpaq almışıq. Şücayətə torpağın alınması üçün 37 min manat və 19 min dollar pul vermişik. O isə bütün torpaqları öz adına keçirdi. Arif müəllim mənim yanımda Şücayətə 2-3 milyon pul verib.

Biz Şamaxıya gedəndə Arif müəllim Şücayətin maşınında gəlirdi. Bizim maşını isə Hacı sürürdü. Arxadan bizim maşını Zöhrab öz avtomobili ilə vurdu. Ona saxla dedim, bu vaxt Zöhrabın maşını aşdı. Yaxınlaşdıq, sonra onu maşına mindirib xəstəxanaya apardıq. Bu, təsadüfi qəzaya oxşamırdı. O, hadisəni qəsdən törədib".

Bu zaman təqsirləndirilən Ş. Əkbərovla zərərçəkmiş D. Cəfərov arasında mübahisə düşüb. Hakim Ş. Əkbərova xəbərdarlıq edib.

Xəbər 3098 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +