Prezident Pakistanlı siyasətçi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi


19.02.2018  15:37 

Oğru, soyğunçu və cibgir TUTULDU





A+  A-

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq, soyğunçuluq və cibgirlik cinayətləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayı ərzində 3 qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ümidbəy Babayev saxlanılıb.

Paytaxt sakini Ş.Quliyevanın içərisində 62 manat pulu, mobil telefonu və açarı olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini Məcid Abbasov Yasamal RPİ 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xətai RPİ 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə yanvarın 17-də S.Quliyevanın içərisində 400 manat və sənədi olan pulqabısını oğurlamaqda şübhəli bilinən Asif Quliyev saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha 2 qadının çantasından pulqabılarını oğurlaması da müəyyən edilib.

Hər üç faktla bağlı cinayət işləri başlanılıb.

Xəbər 3145 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +