Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


19.02.2018  12:08 

Əli Əliyev də namizədliyini irəli sürdü





A+  A-

Fevralın 18-də Vətəndaşvə İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. İclasda VİP-in bu il aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirakməsələsi ilə bağlı Məclisdə fevralın 11-də başlanan və konsensus əldə olunmaması səbəbindən bir həftə müddətinə ertələnən müzakirələr davam etdirilib.
VİP-in mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, ötən həftə olduğu kimi, bu iclasda da gərgin müzakirələr aparılıb və VİP-in 11 aprelseçkilərində iştirak tərəfdarları ilə əleyhdarları arasında qızğın, bəzən isə kəskin mübahisələr yaranıb.
Bununlabelə, VİP sədri Əli Əliyevin və partiya rəhbərliyində təmsil olunan veteran üzvlərin çıxışlarından sonra tərəflər öz mövqelərini uzlaşdırmağa razılıq veriblər. Keçirilən səsvermədən sonra VİP sədri Əli Əliyevin prezidentliyə namizəd irəli sürülməsi haqqında qərar qəbul edilib.

Qərarda deyilir:

1. Vətəndaş və İnkişaf Partiyasının 2017-ci il mayın 28-də keçirilmiş IV Qurultayının müvafiq qərarına uyğun olaraq, 2018-ci ilaprelin 11-nə təyinedilmiş növbədənkənar prezident seçkilərində VİP tərəfindən Əli Nadiroğlu Əliyevin namizədliyi irəli sürülsün.

2. Əli Əliyev VİP-in 11 aprel seçkilərində iştirak zərurəti və özünün namizədliyinin irəli sürülməsini sərtləndirən amillər barəsində ictimaiyyət üçün açıqlama versin.

3. Seçki prosesinin gedişində qəbuledilməsi zəruri olan qərarların, o cümlədən, VİP namizədinin növbədənkənar seçkilərdə iştirakını dayandırmaq haqqında mümkün qərarlın qəbulu partiyanın Siyasi Şurasına həvalə olunsun.

Xəbər 3076 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +