Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


07.02.2018  11:43 

Elektrik stansiyaları özəlləşdirilə bilər





A+  A-

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”-nə uyğun olaraq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən elektrik enerjisi sektorunun liberallaşdırılması tədbirləri çərçivəsində elektrik stansiyalarının özəlləşdirilməsi imkanları nəzərdən keçirilir.
Qurumdan XəzərNews.az-a verilən məlumata görə, bu məqsədlə Komitədə Energetika və İqtisadiyyat nazirlikləri, habelə “Azərenerji” ASC-nin nümayəndələri cəlb olunmaqla işçi qrupu fəaliyyət göstərir.

İlkin mərhələdə işçi qrupu tərəfindən mövcud elektrik stansiyalarında elektrik enerjisinin istehsalının vəziyyəti öyrənilir. Eyni zamanda stansiyaların səmərəlilik göstəriciləri, qoyuluş, imkan və faktiki gücləri təhlil olunur. Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılmalı strateji əhəmiyyətə malik stansiyaların siyahısı dəqiqləşdirilir. Enerji sektorunda özəlləşdirilmə prosesi vasitəsilə səmərəliliyin artırılması və uğurlu nəticələrin əldə edilməsi istiqamətində beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlər ilə müzakirələr aparılır.

Növbəti mərhələdə özəlləşdirilməsinə qərar veriləcək stansiyalara investorlar və ya operator şirkətlərin cəlb edilməsi istiqamətində tədbirlər görüləcək. Elektrik enerjisi sektorunda özəl şirkətlərin səmərəli iştirakını təmin etmək məqsədi ilə beynəlxalq təcrübəyə xüsusi əhəmiyyət verilir, qabaqcıl ölkələrin praktikası öyrənilir. Hazırda maya dəyəri yüksək olan rentabelsiz stansiyaların özəlləşdirilərək iqtisadi potensialının artırılması ilə bağlı mövcud perspektivlər öyrənilir. Həmçinin bu sektorda rəqabət mühitinə daha tez nail olmaq məqsədi ilə investorlar üçün nisbətən cəlbedici stansiyaların əlavə investisiya qoyuluşu öhdəlikləri ilə özəlləşdirilməsi kimi alternativlər müzakirə olunur.

Kommunal xidmətlər sahəsində özəlləşdirmə, idarəetməyə vermə və dövlət-özəl tərəfdaşlığı modelləri ilə özəl sektorun payının artırılması bu sahədə səmərəliliyin və xidmətlərin keyfiyyət səviyyəsinin yüksəlməsinə imkan verə bilər. Rəqabət qabiliyyətli mühitin formalaşdırılması isə dövlətin büdcə yükünün azaldılmasına, xərclərin minimuma endirilməsinə şərait yaradacaq.

Qeyd olunmalıdır ki, elektrik stansiyalarının özəlləşdirilməsi istiqamətində xarici ekspertlərin rəyi nəzərə alınmaqla hazırlanacaq yekun təkliflərin aidiyyəti qurumlarla razılaşdırmaqla yaxın zamanlarda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hökumətə təqdim olunması planlaşdırılır.

Xəbər 3489 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT


BÜTÜN XƏBƏRLƏR +